“Real” futbolçusunu icarəyə verdi

İspaniyanın “Real Sosyedad” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Real”dan Martin Odeqardı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Odeqard 2019/20 mövsümünü icarə əsasında “Real Sosyedad”da keçirəcək.

2015-ci ildə “Real”a transfer olunan Odeqard, “kral klubu” ilə bir oyunda şans qazanıb. Bundan əvvəl üç dəfə icarəyə verilən Odeqard, son mövsümü Hollandiyanın “Vitess” klubunda keçirib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button