“Real” 2 müdafiəçi almağı planlaşdırır

“Real” yaxın vaxtlarda iki müdafiəçinin transferi üzərində işə başlaya bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət “Bayern”in sol cinah müdafiəçisi Alfonso Deyvis və “Lill”in mərkəz müdafiəçisi Leni Yorodan gedir.

Kilian Mbappenin transferindən sonra “Real” bu iki futbolçu üçün danışıqlar aparmaq niyyətindədir.

Həm Deyvis, həm də Yoronun müqavilələri 2025-ci ilin yayında başa çatır. Ona görə də, “kral klubu”nun rəhbərliyi oyunçuları güzəştli qiymətlə almağı gözləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button