Ranqnik “Bayern”in təklifindən imtinasının səbəbini açıqladı

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik “Bayern”də işləməkdən niyə imtina etdiyini açıqlayıb.

Komanda.az Avstriya millisinin rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı yığmadakı işinə bütün qəlbi ilə yanaşdığını bildirib:

“Avstriya millisindəki işimə bütün qəlbimlə yanaşıram. Çətinlikdən zövq alıram və seçdiyimiz yolu uğurla davam etdirmək əzmindəyəm. Aydın şəkildə vurğulamaq istərdim ki, bu, “Bayern”dən imtina deyil, daha çox diqqəti hazırkı komandaya və hədəflərə yönəltmək qərarıdır. Biz bütün diqqətimizi yayda keçiriləcək Avropa çempionatına yönəltmişik. Mümkün qədər irəliləmək üçün əlimizdən gələni edəcəyik”.

Ranqnik “Bayern”də Tomas Tuxeli əvəzləmək üçün prioritet namizəd idi. Amma rəhbərlik indi başqa məşqçi axtarmalı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button