“Barselona”da oynamağa davam edəcəm” – Braziliyalı futbolçu

“Barselona”nın yarımmüdafiəçisi Rafinya gələcək karyerası barədə danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, braziliyalı vinger Kataloniya təmsilçisi ilə uzunmüddətli müqaviləsinin olduğunu diqqətə çatdırıb:

“Gələn mövsüm də, ondan sonrakı mövsüm də, sonrakı mövsüm də “Barselona”da oynamağa davam edəcəm. Klubla uzunmüddətli müqaviləm var, ümid edirəm ki, bütün arzularım burada gerçəkləşəcək”.

Rafinya 2022-ci ilin yayında İngiltərənin “Lids” klubundan Kataloniya təmsilçisinə keçib.

“Sambaçı” 2022/23 mövsümündə İspaniya La Liqasında 36 oyuna çıxıb, yeddi qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Onun “Barselona” ilə hazırkı müqaviləsi 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button