Rəsmi: “Şəfa” yeni baş məşqçisini təqdim etdi

“Şəfa” klubunun yeni baş məşqçisi müəyyənləşib. Zaur Həşimov bu posta təyin olunub.

Komanda.az xəbər verir ki, danışıqlar prosesi başa çatdıqdan sonra klub prezidenti Kənan Sadıqlının iştirakı ilə 44 yaşlı mütəxəssislə görüş keçirilib və 3 illik müqavilə imzalanıb.

Zaur Həşimov “Şəfa” klubuna yad sima deyil. O, futbolçu kimi komandanın formasını geyinib və 2000/01 mövsümündə Azərbaycan kubokunun qalibi olub.

Zaur Həşimov “Qəbələ” və “Zirə” klublarında məşqçi kimi çalışıb. Eyni zamanda, Bakı klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib. O, həmçinin, Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button