“Neftçi”nin gücünün fərqindəyik” – Şaqoyko

“Dinamo”nun baş məşqçisi Aleksandr Şaqoyko UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə baş tutan səfər oyunundan danışıb.

Komanda.az xəbər verir ki, o, 4:2 hesablı qələbəni belə şərh edib:

“Mənim hədəfim o idi ki, hesabda öndə olaq və mərhələni keçək. İlk dəqiqələrdən qol vurmaq və ya qol buraxmaq kimi planımız da yox idi. Qalib gəlmək üçün gəlmişdik. Qarşıdakı rəqibi tanıyırdıq və buna uyğun oyun qurduq. Mən xoşbəxtəm ki, 4 qol vurduq və qalib gəldik.

Qarşımızdakı rəqibin gücünün fərqindəyik. Bilirsiniz ki, 2 top fərqi çox təhlükəlidir. Bizi ağır oyun gözləyir və buna ciddi hazırlaşacağıq. İstəyimiz qalib gəlmək və turu keçməkdir. Bizim üçün istənilən məğlubiyyət faciədir. Biz ancaq qələbə üçün oynayırıq. Məğlub olsaq, çox pis olaram, çünki hər bir idmançı qalib gəlmək üçün oynayır”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button