Rəşad Sadıqovun mətbuat konfransı olacaq

UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Torpedo” (Gürcüstan) oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və media üçün açıq məşqlərin vaxtı açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun iştirakı ilə keçiriləcək oyunöncəsi mətbuat konfransı iyulun 7-də saat 15:30-da “Wyndham Garden Baku” otelində baş tutacaq. Komandanın ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq məşqi isə həmin gün saat 18:30-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək.

“Torpedo”nun baş məşqçisi Dirk Şusterin mətbuat konfransı iyulun 7-də saat 17:30-da Sumqayıt şəhər stadionunda təşkil olunacaq. Gürcüstan təmsilçisinin ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə saat 18:00-da eyni arenada baş tutacaq.

“Zirə” – “Torpedo” görüşü iyulun 8-də keçiriləcək. Oyuna saat 20:00-da Sumqayıt şəhər stadionunda start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button