Qvardiola “Mançester Yunayted”in oyunçusu haqda: “O, inanılmaz futbolçudur”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandesin çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun oyununu bəyəndiyini deyib:

“Fernandes oyuna böyük təsir göstərir. O, inanılmaz futbolçudur. Əminliklə deyə bilərəm ki, bu oğlanın oyunu indiyə qədər gördüyüm ən yaxşılardan biridir”.

Fernandes 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir. 29 yaşlı yarımmüdafiəçi ümumilikdə “qırmızı şeytanlar”ın heyətində 230 oyun keçirib, 79 qol vurub və 64 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button