“Bəzi futbolçularımız var ki, onların məsuliyyəti yoxdur” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun matçında “Servett” ilə heç-heçəni (1:1) şərh edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandasının futbolçularını xal itkilərinə görə cəzalandırmayacağını söyləyib:

“Heç kim cəzalandırılmayacaq. Pep Qvardiola bunu edə bilər – o, hansısa oyunçudan narazıdırsa, onu qovub başqasını seçir. Mən bacarmıram. Mən yalnız oyunçuları hər gün məşqdə sövq edə bilərəm ki, onlardan ən yaxşısını əldə edə bilək.

Bəzi futbolçularımız var ki, onların məsuliyyəti yoxdur. Onlar mənə sübut etmək istəmirlər ki, hazırdırlar və daha çox oynamalıdırlar”.

“Roma” Avropa Liqasında 5 turdan sonra 10 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button