Quliyevli “Ximki” yenə məğlub oldu

Futbol üzrə Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Orenburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Ayaz da bu oyunun iştirakçısı olub. O, bu matçın 67-ci dəqiqəsində meydana buraxılıb.

“Ximki” 8 turdan sonra 7 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button