“Qızıl top”a 30 namizəd SİYAHI

Fransanın “France Football” nəşrinin təsis etdiyi “qızıl top” mükafatına namizədlərin siyahısı açıqlanıb.

Komanda.az xəbər verir ki, 2021-ci ildə “qızıl top” mükafatı uğrunda 30 futbolçu mübarizə aparacaq.

“Qızıl top”u qazanmağa namizəd olan 30 ən yaxşı futbolçu bunlardır:

Nikolo Barella, Lautaro Martines (hər ikisi “İnter”, İtaliya), Kərim Benzema, Luka Modriç (hər ikisi “Real”, İspaniya), Leonardo Bonuççi (“Yuventus”, İtaliya), Kevin de Bruyne, Ruben Diaş, Fil Foden, Riyad Mahrez, Rahim Sterlinq (hamısı “Mançester Siti”, İngiltərə), Corco Kyellini (“Yuventus”), Kriştiano Ronaldo, Bruno Fernandes (hər ikisi “Mançester Yunayted”, İngiltərə), Canluici Donnarumma, Kilian Mbappe, Lionel Messi, Neymar (hamısı PSJ, Fransa), Erlinq Holand (“Borussiya” Dortmund, Almaniya), Jorjinyo, Nqolo Kante, Sezar Aspilikueta, Romelu Lukaku, Meyson Maunt (hamısı “Çelsi”, İngiltərə), Harri Keyn (“Tottenhem”, İngiltərə), Simon Kyaer (“Milan”, İtaliya), Robert Levandovski (“Bavariya”, Almaniya), Jerar Moreno (“Vilyarreal”, İspaniya), Pedri (“Barselona”, İspaniya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə), Luis Suares (“Atletiko”, İspaniya).

2020-ci ildə “qızıl top”un təqdimetmə mərasimi koronavirus pandemiyası səbəbindən keçirilməmişdi. Keçən il bu mükafata “Bayern”in polşalı hücumçusu Robert Levandovski layiq görülmüşdü.