Qaret Beyl Bakıda ən yaxşı seçildi

AÇ-2020-nin A qrupu çərçivəsində keçirilən Türkiyə – Uels matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, Uels yığmasının yarımmüdafiəçisi Qaret Beyl bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu Bakı Olimpiya Stadionunda keçirilən bu matçda komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub. Belə ki, komandasının 2:0 hesabıyla qalib gəldiyi görüşdə hər iki qolun ötürməsini Beyl verib. Düzdür, təcrübəli futbolçu 61-ci dəqiqədə penaltidən dəqiq yararlana bilməyib. Amma bu, onun matçın ulduzu seçilməsinə mane olmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button