“Qarabağ”la görüş bizim üçün finaldır” – Rıza Çalımbay

“Qarabağ” sabah Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Türkiyənin “Sivasspor” klubu ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay sabah keçiriləcək oyunla bağlı mətbuat konfransında iştirak edib. O, “Qarabağ”la matçda qələbə qazanmaq istədiklərini bildirib:

“İddiamızı davam etdirmək üçün hər xal çox önəmlidir. Həmişə deyirik ki, ölkəmiz üçün çıxış edirik. Sabah qələbə qazanmaq istəyirik. Sabahkı oyunda yalnız qələbə haqqında düşünürük. Bütün riskləri göz önünə alacağıq. Bəzi zədəli oyunçularımız var. “Qarabağ”la görüş bizim üçün finaldır. Bunu yaxşı şəkildə bitirmək istəyirik”.

“Sivasspor” – “Qarabağ” matçı sabah, saat 21:55-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button