“Qarabağ”ın futbolçusu namizədlər arasında

UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 4 oyunçunun yer aldığı siyahıda “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir də var.

O, Portuqaliyada “Braqa”ya 4:2 hesabı ilə qalib gəldikləri matçda 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Digər namizədlər İtaliyanın “Milan” komandasından Ruben Loftus-Çik, Türkiyə təmsilçisi “Qalatasaray”dan Mauro İkardi və Portuqaliyanın “Benfika” kollektivindən Anxel Di Mariyadır.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə məlum olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button