
“Qarabağ”dan zədəli futbolçusu haqda açıqlama
“Qarabağ”ın futbolçusu Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır.
Komanda.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl” ilə cavab oyununda zədələnən kolumbiyalı hücumçu barədə həkimlərin yekun rəyini gözləmək lazımdır.
Duran İngiltərə klubu ilə matçın ikinci hissəsində zədələnmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



