“Qarabağ” – “Neftçi” oyununa nə qədər bilet satılıb?

Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək.

Komanda.az xəbər verir ki, 31-ci turun oyununda lider “Qarabağ” əzəli rəqibi “Neftçi”ni qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. “Qarabağ” klubunun açıqlamasında bildirilir ki, qarşılaşmaya 5300 bilet satılıb.

Qeyd olunub ki, azarkeşlər biletləri “iTicket.az” üzərindən onlayn şəkildə və ya Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər. Qapıların azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacağı da bildirilib.

Rəsmi məlumata əsasən, bu komandalar arasında ən son 3-cü dövrədə “Neftçi Arena”da keçirilən matçı 9355 nəfər izləyib.

30 turdan sonra “Qarabağ” 73 xalla 1-ci, “Neftçi” 35 xalla 6-cı yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button