Qurban Qurbanovun oğlu rəsmən “Zirə”də

“Qarabağ” klubu gənc futbolçusu Musa Qurbanlını icarəyə verib.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Musa Qurbanlı oyun praktikasını artırmaq üçün mövsümün sonuna qədər icarə əsasında “Zirə”də çıxış edəcək.

18 yaşlı hücumçu bu mövsüm Premyer Liqada 5 oyunda meydanda olub və 1 qolla yadda qalıb.

Musa Qurbanlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button