
“Neftçi SOCAR” Orleanda çempion oldu
“Neftçi SOCAR” klubu 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Orlean (Fransa) mərhələsinin qalibi olub.
Komanda.az xəbər verir ki, sözügedən komanda 1/4 finalda İspaniya millisinə 20:14, yarımfinalda Niderlandın “Amsterdam” klubuna 17:13 hesabları ilə qalib gələrək finala vəsiqə qazanıb.
Finalda ev sahibi Fransa yığması ilə üz-üzə gələn təmsilçimiz gərgin mübarizənin yekununda 21:20 hesabı ilə qələbə qazanıb və Orlean mərhələsinin çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



