
“Barselona” 19 yaşlı müdafiəçi üçün danışıq aparır
“Rasinq”in (Santander) müdafiəçisi Jorje Salinas karyerasını “Barselona”da davam etdirə bilər.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 19 yaşlı futbolçunun transferi ilə bağlı “Rasinq”lə fəal danışıqlar aparır. “Barselona” Salinası heyətinə qatdıqdan sonra onu icarə əsasında yenidən Santander klubuna göndərməyi nəzərdən keçirir.
Bildirilir ki, ispaniyalı oyunçu ilə “Atletiko” da yaxından maraqlanır.
Salinas ötən mövsüm bütün turnirlər daxil olmaqla 34 oyunda meydana çıxıb və 7 məhsuldar ötürmə verib. O, İspaniya Sequndasının (2-ci liqa) son mövsümündə ən parlaq çıxış edən futbolçularından hesab olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



