DÇ-2026: Portuqaliya və İngiltərə də mübarizəyə başlayır

ABŞ, Kanada və Meksikada təşkil olunan dünya çempionatında 1-ci turun növbəti oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, Portuqaliya millisi K qrupunda Konqo Demokratik Respublikası seçməsini sınağa çəkəcək.

Bu qrupun digər matçı Özbəkistan və Kolumbiya arasında baş tutacaq.

L qrupunda İngiltərə millisi Xorvatiya ilə, Qana yığması isə Panama ilə üz-üzə gələcək.

DÇ-2026 iyulun 19-da başa çatacaq.

DÇ-2026, 1-ci tur

17 iyun

K qrupu

21:00. Portuqaliya – Konqo DR

Baş hakim: Abdulrahman Əl-Cassim (Qətər)

Hyuston stadionu

L qrupu

00:00. İngiltərə – Xorvatiya

Baş hakim: Kleman Türpen (Fransa)

Dallas stadionu

18 iyun

K qrupu

03:00. Qana – Panama

Baş hakim: Qlenn Nyüberq (İsveç)

Toronto stadionu

L qrupu

06:00. Özbəkistan – Kolumbiya

Baş hakim: Entoni Teylor (İngiltərə)

Mexiko stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button