
FİFA prezidenti Messini təbrik etdi
FİFA prezidenti Canni İnfantino Argentina yığmasının hücumçusu Lionel Messinin DÇ-2026-nın qrup mərhələsində Əlcəzairlə oyunda etdiyi het-trikə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İnfantino, sosial şəbəkə hesabında paylaşım edərək, Messini 16-cı dünya çempionatı qoluna görə təbrik edib. O qeyd edib ki, bu göstərici ilə Messi almaniyalı sabiq hücumçu Mirislav Kloze ilə bərabərləşib.
Argentina millisi Əlcəzair yığmasını 3:0 hesabı ilə məğlub edib.
Lionel Skaloninin yetirmələri turnirdə növbəti oyunda Avstriya yığması ilə qarşılaşacaq. Matç 22 iyunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



