“Arsenal” bombardiri istəyir

“Arsenal” yay transfer dönəmində hücum xəttini gücləndirməyi planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisinin maraq dairəsinə “Brentford”un hücumçusu İqor Tiaqo düşüb.

“Topçular”ın baş məşqçisi Mikel Arteta komandanın hücum potensialını artırmaq niyyətindədir və “Brentford”un futbolçusu nəzərdən keçirilən əsas namizədlərdən biridir.

Ancaq 24 yaşlı forvardın transferi asan görünmür. Futbolçu qısa müddət əvvəl klubu ilə müqaviləsinin müddətini 2031-ci ilin yayına qədər uzadıb. Bu səbəbdən, “Brentford” onun üçün təxminən 80 milyon avro tələb etməyə hazırlaşır. Buna baxmayaraq, “Arsenal” rəhbərliyi oyunçunun vəziyyətini diqqətlə izləməyə davam edir.

Braziliyalı forvard ötən mövsüm Premyer Liqada 22 qol vuraraq, çempionatın ikinci ən məhsuldar futbolçusu olub. O, yalnız Erlinq Halanddan geri qalıb. “Mançester Siti”nin hücumçusu mövsümü 27 qolla başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button