
Avropa Liqası: “Qarabağ”ın 2-ci mərhələdəki potensial rəqibləri dəqiqləşdi
“Qarabağ”ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşib.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandasını məğlub etsə, ÇSKA (Bolqarıstan) – “Derri City” (İrlandiya) cütünün qalibi ilə görüşəcək.
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək. Qurban Qurbanovun komandası bu mərhələdəki ilk matçını evdə keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



