Yamala əvəzləyici axtarılır

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik gələn mövsüm üçün komandanın hücumçusu Lamin Yamala alternativ axtarışını davam etdirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin vingeri Runi Bardqi hazırda Yamalın əsas əvəzləyicisi kimi nəzərdən keçirilir. Bununla belə, klub isveçli futbolçunun satılmasına da açıqdır.

Bardqiyə bir neçə klub maraq göstərsə də, “Barselona” hələlik onunla bağlı konkret təklif almayıb. Bu səbəbdən, 20 yaşlı oyunçunun gələcəyi qeyri-müəyyən olaraq qalır.

Bardqi ötən mövsüm bütün turnirlərdə 28 oyunda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button