
“Konqo ilə matçda hücumdakı kəskinliyimizi itirdik” – Roberto Martines
Portuqaliya millisi Konqo Demokratik Respublikası ilə matçda hücumdakı kəskinliyini itirib.
Komanda.az xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Roberto Martines Konqoya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis bərabərə bitən qarşılaşmanı şərh edib:
“Oyuna çox yaxşı başladıq. Hesabda irəli çıxmaq üçün yaxşı məqamlarımız oldu. Düşünürəm ki, hücumdakı kəskinliyimizi bir qədər itirdik, topa nəzarətdə əvvəlki axıcılığı qoruya bilmədik və rəqibə müdafiə xəttini yenidən formalaşdırmaq imkanı verdik.
Buraxdığımız qoldan sonra rəqibin özünəinamı artdı. Ancaq dünya çempionatlarında belə hallar baş verir. Komandanın nümayiş etdirdiyi oyundan çox razıyam. Futbolçular son dəqiqəyədək mübarizə apardılar. Bu oyundan çıxaracağımız çox dərs var”.
Portuqaliya – Konqo oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bizi Facebook-da izləyin



