
“Konqonun tarixində ilk qolunu vurması, ilk xalını qazanması böyük qürurdur”
Konqo Demokratik Respublikası millisinin baş məşqçisi Sebastyen Desabr futbolçuları ilə fəxr edir.
Komanda.az xəbər verir ki, bunu Konqonun çalışdırıcısı özü Portuqaliyaya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis bərabərə bitən qarşılaşmanı şərh edib:
“Dünya çempionatlarında Konqonun tarixində ilk xalını qazanması və ilk qolunu vurması böyük qürurdur. Futbolçular meydanda inanılmaz fədakarlıq və əzmkarlıq nümayiş etdirdilər.
Oyuna hazırladığımız planı, demək olar, tam şəkildə həyata keçirdik. Standart vəziyyətdən qol vurduq və oyunçularımla fəxr edirəm. Onlar Konqonu ən yaxşı şəkildə təmsil etdilər. Hesab edirəm ki, bütün ölkə buna layiq idi”.
Portuqaliya – Konqo oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bizi Facebook-da izləyin



