
Bernardo Silva “Real”la müqavilə imzaladı
2025/26 mövsümünün sonunda “Mançester Siti” ilə yollarını ayıran Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardo Silva “Real”a transfer olunub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu Madrid təmsilçisinə azad agent kimi keçib və müddəti 2028-ci ilin yayına qədər olan müqavilə imzalayıb.
Silva 2017-ci ildən etibarən “Mançester Siti”də çıxış edirdi. O, “şəhərlilər”in heyətində 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub və 2023-cü ildə UEFA Çempionlar Liqasını qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



