
Qanalı futbolçu “Atletiko” ilə anlaşıb – Gizli şəkildə
“Tottenhem”in hücumçusu Məhəmməd Kudus karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az “Topskills Sports UK”-a istinadən xəbər verir ki, qanalı futbolçu “Atletiko” ilə müddəti 4,5 il olan müqavilə üzrə gizli şəkildə prinsipial razılıq əldə edib.
“Tottenhem” mövsümün sonunda Premyer Liqadan aşağı liqaya düşərsə, “Atletiko” yayda Kudusun transferini reallaşdıracağına inanır. Futbolçunun özü də madridlilərin heyətinə keçməkdə maraqlıdır.
Kudus “Tottenhem”ə 2025-ci ildə, “Vest Hem”dən 63 milyon avro qarşılığında transfer olunub. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 30 iyun 2031-ci ilə qədərdir.
O, cari mövsümdə “Tottenhem”in heyətində bütün turnirlərdə 26 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



