“İtirəcəyimiz heç nə yoxdur” – Fatih Terim

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasında PSJ-yə məğlub olduqları oyundan (0:1) sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Terim, PSJ-nin ÇL-in favoritlərindən olduğunu deyib:

“Mövsümün ən yaxşı oyunlarından birini keçirdik və bu, gələcəyə dair ümid verir. Serinin yaxşı qol imkanı oldu. Dəyərləndirə bilsəydi, əla olardı.

PSJ bu mövsüm Çempionlar Liqasının favoritidir. “Real”la oyunumuz bizim üçün çox vacib olacaq. İtirəcəyimiz heç nə yoxdur və sona qədər mübarizə aparacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button