Hakimi təhqir edən Fatih Terimə ağır cəza

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim cəzalandırılıb.

Komanda.az xəbər verir ki. Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Terimi Super Liqada “Fənərbaxça”ya qarşı keçirilən oyundakı qeyri-etik davranışlarına görə 5 oyunluq diskvalifikasiya edib.

Terim “Fənərbaxça”ya uduzduqları oyundan sonra matçın baş hakimi Halil Umut Meleri təhqir edib.

“Qalatasaray” – “Fənərbaxça” matçı qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.