Hərəyə 1 qol, 1 xal

Bu gün Türkiyə Super Liqasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda “Qalatasaray” doğma azarkeşləri qarşısında “Başakşəhər”lə münasibətlərinə aydınlıq gətirib. İstanbul derbisi qonaqların qələbəsiylə yekunlaşıb.

“Beşiktaş” bu turda “Konyaspor”un qonağı olub və minimal hesabla qələbə qazanıb. “Trabzonspor” “Ankaragücü”nü darmadağın edib. “Dənizlispor” da “Rizəspor”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.

“Fənərbaxça” “Yeni Malatyaspor”la üz-üzə gəlib və xal itkisi ilə üzləşib. Lider “Sivasspor” isə “Kayserispor”la qarşılaşıb. Sivaslılar bu görüşdə darmadağına seviniblər.

Sonuncu oyun günündə bir görüş baş tutub. “Antalyaspor” doğma meydanda “Qaziantep”lə üz-üzə gəlib. Tərəflər hərəyə bir qolla bir xal əldə ediblər.

Türkiyə Super Liqası, 12-ci tur

22 noyabr

Qalatasaray – Başakşəhər 0:1
Qol
: Gulbrandsen, 78.

23 noyabr

Dənizlispor – Rizəspor 2:0
Qol
: Estupinan, 86. Muravski, 90+2-pen.

Ankaragücü – Trabzonspor 0:3
Qol
: Sorlot, 6. Y.Sarı, 48. Nvakaeme, 56.

Konyaspor – Beşiktaş 0:1
Qol
: B.Yılmaz, 73.

24 noyabr

Kayserispor – Sivasspor 1:4
Qol
: P.Enrike, 44 – Fernando, 24. E.Kılınc, 70. E.Yeşilyurt, 74; 90+3.

Alanyaspor – Göztəpə 0:1
Qol
: A.Kastro, 68.

Kasımpaşa – Gənclərbirliyi 1:2
Qol
: A.Kara, 54 – Stanku, 82; 88-pen.

Yeni Malatyaspor – Fənərbaxça 0:0

25 noyabr

Antalyaspor – Qaziantep 1:1
Qol
: Sanqare, 84 – Djilobodji, 37.

Bombardir: Papiss Sisse (Alanyaspor), Adis Yahoviç (Yeni Malatyaspor) – 9 qol.