“Qəbələ” ilə “Zirə”nin 31-ci dueli

“Qəbələ” Misli Premyer Liqasının 13-cü turunda “Zirə” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda təşkil olunacaq.

Bu, iki rəqib arasında 31-ci duel olacaq. İndiyədək komandalar 30 dəfə görüşüb. 11 qələbə qazanan “Qəbələ” 13 heç-heçə edib və 6 dəfə məğlub olub. Rəqib qapısına 40 qol vuran “qırmızı-qaralar” 26 top buraxıb. “Qəbələ”nin bu oyunlarda ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır.

İndiyədək keçirilən 30 görüşdən 28-i çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 9 dəfə rəqibini üstələyən “Qəbələ” 13 matçdan 1 xalla ayrılıb. Digər 6 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 33 qol vuran “qırmızı-qaralar” 24 top buraxıb.

“Qəbələ” 15-ci dəfə “Zirə”ni öz meydanında qəbul edəcək. 5 qələbəsi olan meydan sahibləri 8 sülhə imza atıb və yalnız 1 dəfə uduzub. Doğma divarlar arasında 19 qol vuran “Qəbələ” 10 top buraxıb.

Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” matçına saat 15:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button