
PSJ rəsmisi baş məşqçi haqda yayılan xəbərləri təkzib etdi
PSJ-nin idman məsələləri üzrə müşaviri Luis Kampus baş məşqçi Luis Enrikenin klubla yeni müqavilə imzalamaqdan imtina etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubunun funksioneri bu iddiaları qəti şəkildə təkzib edib:
“Bu, yüz faiz yalan məlumatdır”.
Luis Enrike 2023-cü ildən PSJ-ni çalışdırır. İspaniyalı mütəxəssisin klubla müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədərdir. Daha əvvəl PSJ rəhbərliyinin baş məşqçiyə uzunmüddətli, hətta “ömürlük” müqavilə təklif etməyi planlaşdırdığı bildirilirdi.
PSJ Fransa çempionatında 17 turdan sonra 39 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Paris təmsilçisi lider “Lans”dan 1 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



