Türk futbolçu Premyer Liqanın iki klubunun hədəfindədir

“Yuventus”un hücumçusu Kənan Yıldız İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçuya “Tottenhem” və “Çelsi” yaxından maraq göstərir.

Türkiyəli futbolçu yeni müqavilə ilə maaşını əhəmiyyətli dərəcədə artırmaq istəyir. Ancaq tərəflər razılığa gələ bilməsələr, oyunçu artıq yanvarda Turin klubunu tərk edə bilər.

Kənan Yıldızın transfer dəyəri təxminən 90 milyon avro ola bilər. O, cari mövsümdə bütün turnirlərdə 22 oyunda meydana çıxıb, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button