Pirlo: “Yuventus” Çempionlar Liqasını qazanmaq istəyirsə…”

Andrea Pirlo sabiq klubu “Yuventus”a transferlərlə bağlı məsləhət verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı keçmiş yarımmüdafiəçi, “qoca sinyora”nın Çempionlar Liqasını qazanmaq üçün “Real”ın futbolçusu İskonu transfer etməli olduğunu deyib:

“Çempionlar Liqasını qazanmaq üçün mükəmməl yarımmüdafiəçiyə ehtiyac var. Bəlkə, Massimiliano Alleqri də artıq orta sahənin güclənməsinin vacib olduğunu başa düşüb. “Yuventus” Çempionlar Liqasını qazanmaq istəyirsə, mütləq İskonu transfer etməlidir”.

“Kral klubu” ilə 2022-ci ilədək müqaviləsi olan İsko, bu mövsüm iştirak etdiyi 36 oyunda 6 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button