
“Pezident Kuboku 2026”: Azərbaycan daha 1 qızıl və 1 gümüş medal qazanıb
Azərbaycan komandası Mingəçevirdə davam edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “Prezident Kuboku 2026” beynəlxalq reqatasında daha 1 qızıl və 1 gümüş medal qazanıb.
Komanda.az xəbər verir ki, təmsilçilərimizdən iki nəfərlik kayak qayığında Tengiz Qaqnidze – Qiyas Əhmədov cütü qızıl mükafata sahib çıxıb.
Niyaz Məlikov – İvan Vorobyanski (2008-2009) cütü isə gümüş medal qazanıb.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.
Bizi Facebook-da izləyin



