“Qvardiola dünyanın ən yaxşı məşqçisidir” – Qriliş

“Mançester Siti”nin vingeri Cek Qriliş Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Yanq Boyz”la matçdan (3:0) sonra fikirlərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə isitnadən xəbər verir ki, ingilis futbolçu pley-offa yüksəldikdən sonra komandanı dünyanın ən yaxşı məşqçisinin çalışdırdığını bildirib:

“Pep Qvardiola dünyanın ən yaxşı məşqçisidir. O, bunu sübut etdi. Meydanda və meydandan kənarda gözəl komandamız var. Birlikdə vaxt keçirməkdən və bir-birimizlə oynamaqdan həzz alırıq. Məqsədimizə çatdıq – matçın nəticəsinə əsasən pley-offa yüksəldik. Hər il biz bir çox turnirlərdə iştirak edirik, ona görə də, sona iki tur qalmış pley-offa çıxmaq istəyirdik”.

“Şəhərlilər” 4 turdan sonra 12 xalla pley-offa vəsiqəni təmin ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button