Ozan Canın komandasından pley-offun ilk matçında qələbə

Niderland Erediviziyasına sonuncu vəsiqə uğrunda pley-off oyunlarına start verilib.

Komanda.az xəbər verir ki, ilk oyunda Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” “Almere Siti” ilə üz-üzə gəlib.

Sözügedən kollektiv bu rəqiblə doğma meydanda qarşılaşıb. “Eyndhoven” meydanı 1:0 hesablı qələbə ilə tərk edib.

Ozan bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Bu komandaların növbəti matçı mayın 26-da “Almere Siti”nin meydanında baş tutacaq. İki oyunun nəticəsində qalib olacaq komanda növbəti mərhələdə “Venlo” – “Villem II” cütünün güclüsü ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button