“Osasuna”dan ilk oyunda çətin qələbə

İspaniya kubokunda yarımfinal mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Osasuna” doğma meydanda “Atletik”lə üz-üzə gəlib. Meydan sahibləri bu oyundan qalib ayrılıblar. Bu komandalar arasındakı cavab görüşü aprelin 4-də Bilbaoda keçiriləcək.

Yarımfinalın digər görüşü Madrid “Real”ı ilə “Barselona” arasında olacaq. Bu komandaların ilk oyunu martın 2-də Madriddə, cavab görüşü isə aprelin 5-də Kataloniyada baş tutacaq.

İspaniya kuboku
Yarımfinalın ilk oyunları

1 mart

Osasuna – Atletik 1:0
Qol
: Ezzalzuli, 47.

2 mart

00:00. Real – Barselona

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button