Öncə Fernando Santos, sonra Canni De Byazi

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Portuqaliya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, Portuqaliya milli komandasının oyundan öncəki açıq məşqi sabah Avropa vaxtı ilə saat 11:00-da başlayacaq. Hazırlığın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Saat 12:45-də isə baş məşqçi Fernando Santosun mətbuat konfransına start veriləcək.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi isə yerli vaxtla saat 18:00-da jurnalistlər önünə çıxacaq. Mətbuat konfransından yarım saat sonra – 18:30-da isə yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi başlayacaq.

Qeyd edək ki, Portuqaliya – Azərbaycan matçı martın 24-də İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Hər iki komandanın məşqi və mətbuat konfransları da “Yuventus” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button