“Ona dedim ki, tərəddüd etmə, “Barselona”ya get” – Ture

Keçmiş futbolçu Yaya Ture yarımmüdafiəçi Frank Kessyeyə “Barselona”ya keçməyi məsləhət gördüyünü deyib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, vaxtı ilə “Barselona”da forma geyinən Ture, Kessyeyə Kataloniya klubuna keçmək üçün tərəddüd etməməli olduğunu bildirib:

“Düzdür, “Barselona” ilə danışıqlar zamanı ona zəng etmişəm. Əlaqə saxladıq və bu klubu yaxşı tanıdığım üçün bir neçə dəfə mənə zəng etdi. Mən ona dedim ki, tərəddüd etmə, getmək istəyirsə, “Barselona”ya getməlidir”.

İyulun 4-də “Barselona” Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Frank Kessye ilə müqavilə imzaladığını açıqlayıb. Futbolçu “Milan”la müqaviləsi başa çatdıqdan sonra “Barsa”ya azad agent kimi qoşulub.

Kessyenin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button