
“Bayern”dən ayrılmaq istəmir – Top-klubların hədəfindəki futbolçu
“Bayern”in vingeri Mikael Olise yay transfer dövründə komandadan ayrılmayacaq.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, Münhen təmsilçisi 24 yaşlı futbolçunu satmaq niyyətində deyil. Fransalı oyunçuya “Real”, “Barselona” və “Liverpul” kimi Avropanın top-klublarından ciddi şəkildə maraq olsa da, Olise hazırda “Bayern”ə sadiq qalmaq istəyir.
Onun böyük klubların diqqətindən məmnun olduğu, ancaq transfer məsələsini gündəmə gətirmək istəmədiyi bildirilir. O, “Bayern”ə ona verdiyi fürsətə görə minnətdardır və müqavilə şərtlərini yerinə yetirməyə hazırdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



