“O, 10 ildir buradaymış kimi oynayır” – Poçettino

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino yayda London klubuna keçən yarımmüdafiəçi Koul Palmer haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunu tərifləyib:

“Biz Palmerin klubumuzda oynamağa başlamasından çox razıyıq. O, 10 ildir buradaymış kimi oynayır. O, öz xarakterini, şəxsiyyətini göstərir. Bunu gözləmədiyimi söyləmək kobudluq olardı, amma gözlədiyimi desəm, yalan danışmış olaram”.

21 yaşlı yarımmüdafiəçi bu il sentyabrın 1-də 47 milyon avroya “Mançester Siti”dən “Çelsi”yə keçib. O, yeni klubunda artıq bütün yarışlarda 8 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button