“Neftçi”nin legioneri milliyə çağırıldı – ilk dəfə

“Neftçi”nin futbolçusu Mamadu Kane Qvineya milli komandasına dəvət alıb.

Komanda.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi Qvineya yığmasının Afrika Millətlər kuboku çərçivəsində Çada qarşı keçirəcəyi oyun üçün milliyə dəvət alıb. Qvineya Çadla noyabrın 11 və 15-də qarşılaşacaq.

2019-cu ilin yanvarından “Neftçi”də çıxış edən Kane, ilk dəfə Qvineyanın əsas millisinə dəvət alıb. Yarımmüdafiəçi daha əvvəl bu ölkənin U-20 yığmasında 7 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button