“Neftçi” üçün ikiqat yubiley

“Sabah”la yarımfinalın cavab oyunundakı heç-heçə “Neftçi” üçün ikiqat yubileylə əlamətdar olub.

Komanda.az “Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 1:1 hesablı bərabərlik “ağ-qaralar”ın Azərbaycan kubokunda 40-cı “sülh”ü olub.

Paytaxt təmsilçisi 180-ci oyununda bu rəqəmə çatıb.

“Neftçi” həm də 20-ci səfər heç-heçəsini edib. Bu, 82-ci görüşdə qeydə alınıb. Digər “sülhlər”dən 17-si ev, 3-ü neytral meydana təsadüf edib.

“Ağ-qaralar” kubokun tarixində həm ümumi, həm ev, həm səfər, həm də neytral meydanda ən çox heç-heçə edən komandadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button