“Neftçi” “Sumqayıt”la matçın hazırlığını başa vurdu

“Neftçi” Premyer Liqanın 32-ci turunda qarşılaşacağı “Sumqayıt”la matçın hazırlığını yekunlaşdırıb.

Komanda.az xəbər verir ki, komanda üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ryonosuke Ohori və Emin Mahmudov zədə səbəbindən qarşıdakı görüşü buraxacaqlar.

Aprelin 28-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button