“Neftçi” darmadağınla növbəti mərhələdə!

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulur.

Komanda.az xəbər verir ki, “Neftçi” də bu gün Moldovanın “Speranta” klubu ilə cavab oyununa çıxıb. Saat 21:00-da start götürən qarşılaşmanın baş hakimi Yulian Veynberger olub. Komandalar arasındakı ilk oyunda “Neftçi” 3:0 hesablı qələbə qazanmışdı. Bu dəfə daha əzici hesabla qalib gələn Azərbaycan təmsilçisi sürprizə imkan verməyib.

“Ağ-qaralar” növbəti mərhələdə Rusiyanın “Arsenal” (Tula) klubu ilə qarşılaşacaq.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunu

18 iyul

Neftçi – Speranta (Moldova) 6:0
Qol: Vangelis Platellas, 18; 40. Emin Mahmudov, 24-pen. Dario Federiko, 42. Stiven Monroz, 67. İsmayıl Zülfüqarlı, 78.
Baş hakim:
Yulian Veynebrger (Avstriya)
İlk oyun – 3:0

Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 11. Vangelis Platellas, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 80. İsmayıl Zülfüqarlı, 93. Soni Mustivar.
Baş məşqçi: Roberto Bordin.

Speranta: 1. Denis Makoqonenko, 5. Mihail Bolun, 6. Bruno Barbosa, 8. Konstantin Sandu, 9. Felipe Ramires, 11. Fabritse Elundu, 15. Oliver Perea, 22. Ştefan Efros (k), 31. İon Arabaci, 87. Ruslan Çelari, 93. Maksim Yurku.
Ehtiyat oyunçular: 34. Daniel Avdyuşkin, 4. Dayron Mendosa, 10. İon Draqan, 17. İçaka Tyehi, 20. Rios Misas, 23. İsa Yusuf, 98. Alişer Mirzoyev.
Baş məşqçi: Kristian Efros.