“Neftçi” Romen Baskla vidalaşdı

“Neftçi” müdafiəçi Romen Baskla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Fransız futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. “Neftçi” Baska təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Bu ilin yayında “Neftçi”yə transfer olunmuş Bask 12 oyunda ağ-qara formanı geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button