Nazarovun qolu komandasını məğlubiyyətdən xilas etdi

Futbol üzrə Almaniya 3-cü liqasında 34-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Köln “Viktoriya”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Nazarov da bu matçın iştirakçısı olub. O, 67-ci dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu da 82-ci dəqiqədə penaltidən dəqiq istifadə edən Dmitri vurub.

“Ersgebirge” hazırda 43 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button