
İnsinye keçmiş klubuna dönmək üçün az maaşa razıdır
İtaliyalı futbolçu Lorenso İnsinye yenidən “Napoli”yə qayıtmaq imkanı əldə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu 6 aylıq qısamüddətli müqavilə imzalamağa və əlavə olaraq, müddətin bir il uzatma variantını qəbul etməyə hazırdır. Həmçinin, İnsinye kluba geri dönmək üçün az maaşa razıdır.
İnsinye “Napoli”nin yetirməsidir və 2010–2022-ci illərdə əsas komandada çıxış edib. Sonrakı üç ili isə o, Kanadanın “Toronto” klubunda keçirib.
Futbolçu ötən yaydan etibarən azad agent statusundadır, ancaq formasını qorumaq üçün məşqlərini aktiv şəkildə davam etdirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



